Türkiyədə zəlzələdə ölən tibb işçilərinin sayı açıqlandı - FOTO
Türkiyədə baş vermiş zəlzələlərdə 448 tibb işçisi həlak olub.
Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
O bildirib ki, 448 tibb işçisi təbii fəlakət zamanı həlak olub, daha 528 personal isə yaralanıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.