Rusiya işğalın ilk günündən Ukraynaya 5 min raket atıb

 17:53 23.02.2023     274

Rusiya bir il ərzində Ukraynaya 5 minə yaxın raket atıb.

Redaktor.az UNİAN-a istinadla bildirir ki, bu barədə Ukrayna Baş Qərargahından bildirilib.

Həmçinin Rusiya Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Ukrayna ərazisinə 1100 dəfə zərbə endiriblər.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Tunar Altunbay