Paşinyan Almaniyaya gedəcək

 19:30 23.02.2023     215

Martın 3-də Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla Almaniya prezidenti Frank-Valter Ştaynmayer arasında görüş keçiriləcək.

Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bu barədə Almaniya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Danışıqların gündəliyinin təfərrüatları açıqlanmayıb.

T.İSMAYIL