Polşa Rusiya və Belarusla sərhədi MÖHKƏMLƏNDİRİR
Polşa Rusiya və Belarusla sərhədə yaxın yollarda əlavə istehkamlar, o cümlədən tank əleyhinə kirpilər quraşdırmağa başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı ölkənin milli müdafiə naziri Mariuş Blaşçak "Twitter"də məlumat verib.
"Biz Rusiya və Belarusla sərhəddə təhlükəsizlik tədbirlərini fəal şəkildə genişləndirməyə başlamışıq. Bu, bizim müdafiə və çəkindirmə strategiyamızın elementidir. Artıq Kalininqrad vilayəti ilə sərhəddə tank əleyhinə kirpilər və beton istehkamlar yerləşdirilir", - o, yazıb.
Qeyd edək ki, bundan əvvəl Polşa Belarusla sərhəddə beş metrlik hasar çəkib və Rusiya Federasiyası ilə sərhəddə tikanlı məftillər çəkməyə başlayıb. Sərhədin hər iki sahəsinin elektron müşahidə sistemi ilə təchiz edilməsi planlaşdırılır.
Tunar Altunbay