"Qərblə Rusiya arasında mövcud münasibətlər yeni soyuq müharibə deyil" - Blinken

 20:59 23.02.2023     231

Qərblə Rusiya arasında mövcud münasibətlər yeni soyuq müharibə deyil, çünki fikir ayrılığının səbəbi ideologiya deyil, Ukraynadır.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı ABŞ-ın dövlət katibi Entoni Blinken “The Atlantic” jurnalının təşkil etdiyi konfransda bildirib.

"Bu, Ukrayna üzərindən bir çox ölkələrlə Rusiya arasında münaqişədir və bu, ideologiya ilə bağlı deyil. Bu baxımdan, mən bunu soyuq müharibə hesab etmirəm" - o, deyib.

Turan İSMAYIL