Britaniya nazir turp yeməyi məsləhət gördü

 21:19 23.02.2023     293

Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd İnkişafı naziri Tereza Koffi həmvətənlərinə pomidor və kahı son vaxtlar ölkədə qıtlığı hiss edilən turpla əvəz etməyi tövsiyə edib.

Redaktor.az xəbər verir ki, siyasətçi belə bir bəyanatla cümə axşamı Britaniya parlamentinin aşağı palatası olan İcmalar Palatasında çıxış edib.

"Bir çox insanlar kahı, pomidor və buna bənzər şeylər haqqında çox düşünmək əvəzinə hazırda turp yeyir",- Koffi deyib.

Nazir hesab edir ki, Böyük Britaniyada bəzi tərəvəz qıtlığı iki-dörd həftə davam edə bilər.

Mütəxəssislər Britaniya bazarına çoxlu sayda tərəvəzin daxil olduğu İspaniyanın cənubunda və Afrikanın şimalında pis hava şəraitini, həmçinin işçi çatışmazlığı, yüksək inflyasiya, tədarük zəncirlərinin pozulması və krallığın Avropa İttifaqından çıxmasının nəticələrini misal gətirirlər.

Bu vəziyyətdə Britaniyanın dörd böyük pərakəndə şəbəkəsi pomidor, xiyar və bibər satışına məhdudiyyətlər qoyub.

Tunar Altunbay