Aİ Rusiyaya qarşı sanksiyalarda yenə razılığa gəlmədi
Avropa İttifaqı (Aİ) ölkələri növbəti dəfə Rusiyaya qarşı onuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, iclas sabaha, fevralın 24-nə təxirə salınıb.
Qeyd edək ki, görüşün ilk günü dünən baş tutub və razılıq əldə olunmayıb.