Ukrayna Çinə görüş üçün müraciət göndərib - ZELENSKİ
Ukrayna tərəfi Çinə görüş üçün müraciət göndərib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib İspaniya baş naziri Pedro Sançez ilə birgə mətbuat konfransı zamanı məlumat verib.
Onun sözlərinə görə, görüş Ukraynanın maraqlarına uyğundur.
Zelenski Çinin Ukrayna üçün təklif etdiyi sülh planını hələ görmədiyini, lakin bundan xəbərdar olduğunu bildirib. "Çinin artıq bu barədə danışması artıq ilk addımdır, bu, çox yaxşıdır", - Ukrayna prezidenti deyib.
Qeyd edək ki, ötən həftə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, xarici siyasətə cavabdeh olan Van Yi Pekinin Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh planı hazırladığını açıqlayıb.