ABŞ G7 toplantısında Rusiyaya qarşı yeni sanksiyaları açıqlayacaq

 10:13 24.02.2023     271

G7 liderlərinin cümə günü keçiriləcək virtual görüşündə Birləşmiş Ştatlar Ukrayna ətrafındakı vəziyyətə görə Rusiyaya qarşı yeni sanksiyaları elan etmək niyyətindədir.

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kari Jan-Pyer bildirib.

“ABŞ Rusiyaya gəlir gətirən əsas sektorlara qarşı geniş sanksiyalar tətbiq edəcək, daha çox Rusiya banklarına, Rusiyanın müdafiə və texnologiya sənayesinə və yan keçməyə çalışan üçüncü ölkələrin qurumlarına qarşı tədbirlər görəcək”,- deyə o qeyd edib.

Həmidə İbrahimova