Aİ-nin xüsusi nümayəndəsi Cənubi Qafqaza səfər edəcək

 10:27 24.02.2023     304

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bölgəyə səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün Tviter hesabında yazıb.

Klaar bildirib ki, bu dəfə səfərə İrəvandan başlayacaq.

"Münxen görüşlərinin nəticələrindən sonra bir sıra məsləhətləşmələr aparmaq niyyətindəyəm. Səhər yaxşı görüşləri gözləyin" - o deyib.

Xatırladaq ki, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib.

Turan İSMAYIL