Çin Rusiya-Ukrayna müharibəsi ilə bağlı "sülh planı"nı təqdim etdi
Çin Ukraniya ilə bağlı sülh planını təqdim edib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Pekin müharibəni “Ukraniya böhranı” adlandırıb.
Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəd 12 bənddən ibarətdir.
“Bütün ölkələrin suverenliyinə hörmət;
soyuq müharibə zehniyyətindən imtina;
hərbi əməliyyatların dayandırılması;
sülh danışıqlarının bərpası;
humanitar böhranın həlli;
mülki əhalinin və hərbi əsirlərin müdafiəsi;
atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi;
strateji risklərin azaldılması;
taxıl ixracının təşviqi;
birtərəfli sanksiyaların dayandırılması;
istehsal və tədarük zəncirlərinin sabitliyinin qorunması;
münaqişədən sonrakı yenidənqurmanın təşviqi.”
Eyni zamanda atəşkəsə necə nail olmaq barədə dəqiq tövsiyələr yoxdur. Sadəcə olaraq qeyd edilir ki, “bütün tərəflər hərtərəfli atəşkəsə nail olmaq üçün eyni istiqamətdə işləmək və birbaşa dialoqu mümkün qədər tez bərpa etmək üçün Rusiya və Ukraynaya dəstək verməlidir”.
Soyuq müharibə təfəkküründən imtina ilə bağlı bənddə isə ÇXR bildirir ki, “ölkənin təhlükəsizliyi başqalarının hesabına təmin edilməməlidir ”. Həmçinin qeyd ediblər ki, “Bütün ölkələrin qanuni təhlükəsizlik maraqları və narahatlıqları ciddi qəbul edilməli və onlara diqqət yetirilməlidir.
Arzu İSMAYIL