ABŞ Ukraniyaya yeni yardım paketini bu gün elan ediləcək

 11:59 24.02.2023     281

ABŞ Ukraniyaya 2 milyard dollarlıq yardım edəcək.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, paketə xüsusilə HIMARS raketləri daxil olacaq.

CNN yazır ki, Ağ Ev Rusiyanın genişmiqyaslı işğalının ildönümündə Ukraynaya daha 2 milyard dollarlıq yeni hərbi yardım paketini elan edəcək.

Paketə, xüsusən: HIMARS raketləri; 155 mm-lik artilleriya mərmiləri; bir neçə növ dron; PUA ilə mübarizə üçün avadanlıq; minatəmizləmə üçün avadanlıq; təlim və xidmətin maliyyələşdirilməsi.

Xatırladaq ki, dörd gün əvvəl, fevralın 20-də ABŞ prezidenti Co Bayden Kiyevdə olarkən rus işğalçılarına qarşı mübarizədə Ukraynaya yeni yardım paketi elan edib.

500 milyon dollarlıq paketə digər şeylərlə yanaşı, HIMARS və haubitsalar üçün döyüş sursatı, tank əleyhinə sistemlər, havadan müşahidə sistemləri daxildir.

Arzu İSMAYIL