ABŞ Rusiya ilə danışıqlara hazırdır, amma... - Nuland

 13:00 24.02.2023     309

"ABŞ Rusiya ilə danışıqlara hazırdır, ancaq Ukrayna prezidenti Vladimir Zelenskinin elan etdiyi on bəndlik “sülh formulası” əsasında".

Redaktor.az xəbər verir ki, bu barədə BŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Rusiyanın TASS xəbər agentliyinə müsahibəsində bildirib.

"Ukrayna tərəfi on bəndlik sülh planı təklif etdi. Rusiya bu plana heç bir reaksiya vermədi. Sülh danışıqları ukraynalıların təklif etdiyi ədalətli sülh formulu əsasında başlasaydı, təbii ki, biz onu dəstəkləyəcəkdik. ”, - Nuland deyib.

Onun fikrincə, “Rusiya döyüşü dayandırsa, müharibə bitəcək, Ukraniya döyüşü dayandırsa, Ukraniya bitəcək ”.

Xatırladaq ki, 2022-ci ilin payızında keçiriləcək G20 sammitində Vladimir Zelenski 10 bəndlik sülh planını təqdim edib:

Radiasiya və nüvə təhlükəsizliyi.

Ərzaq təhlükəsizliyi.

Enerji təhlükəsizliyi.

Bütün məhbusların və deportasiya edilənlərin azad edilməsi.

BMT Nizamnaməsinin həyata keçirilməsi və ərazi bütövlüyünün və dünya nizamının bərpası.

Rus qoşunlarının çıxarılması və hərbi əməliyyatların dayandırılması.

Ədalətin qaytarılması.

Ekosid müqaviməti.

Eskalasiyanın qarşısının alınması.

Müharibənin sonunu qeyd etmək.

“Ukraniya dünyanın aparıcı dövlətlərini bizimlə birlikdə sülhün  yaradıcısı olmağa dəvət edir”, - Prezident deyib.

Arzu İsmayıl