BMT Rusiya əleyhinə qətnamə qəbul etdi
BMT Baş Assambleyası Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlamasının ildönümünə həsr olunmuş qətnamə qəbul edib.
Redaktor.az RBC-ə istinadla xəbər verir ki, bu barədə BMT-nin media resursu məlumat yayıb.
Assamlyeanın 141 nümayəndəsi sənədin qəbulunun “lehinə”, Rusiya, Belarus, Suriya, Şimali Koreya da daxil olmaqla 7 ölkə əleyhinə, 32 nümayəndə (o cümlədən Çin, Hindistan, Ermənistan, Qazaxıstan, İran) bitərəf qalıb.
Qətnamə layihəsi Ukrayna və onun müttəfiqləri tərəfindən təklif edilib.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba qeyd edib ki, sənəd Rusiya silahlı qüvvələrinin Ukrayna ərazisindən tamamilə çıxarılmasını, hərbi əməliyyatların dayandırılmasını tələb edir.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bu qətnamə layihəsini “birtərəfli və reallıqdan uzaq” adlandırıb.
Nebenzya qeyd edib ki, sənəd Rusiya ilə Qərb arasında münaqişənin “sülh yolu ilə həllinə keçməyə” imkan verməyəcək.
Arzu İsmayıl