Ramzan Kadırov özünə "Çeçenistan Qəhrəmanı" adını verdi

 17:07 24.02.2023     335

Bu il təsis edilən ilk Çeçenistan Respublikası Qəhrəmanı adına Ramzan Kadırov layiq görülüb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Çeçenistan Respublikası parlamentinin deputatları adından və şəxsən öz adımdan sizi respublikanın ən yüksək adı - 1 nömrəli Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edirəm! Çeçenistan Respublikası və Rusiya Federasiyasını qiymətləndirməmək olmaz”,- respublika parlamentinin sədri Maqomed Daudov bildirib.

Çeçenistan Respublikası Qəhrəmanı medalı 70 qram çəkisi olan 750 əyarlı qızıldan hazırlanmış səkkizguşəli ulduzdur. Əsas hissədə yuxarıda "Qəhrəman" kimi tərcümə olunan "Konaç" yazısı yerləşdirilib. Aşağı hissə məşhur "Allahu Əkbər. Axmat gücdür" şüarı ilə bəzədilib. Arxa tərəfdə mükafatın tam adı “Çeçenistan Respublikasının Qəhrəmanı” yazılıb.

Çeçenistan Qəhrəmanı adının sahibi xüsusi sosial müavinətlərdən və nağd pul mükafatından istifadə edəcək.

Qeyd edək ki, Rusiya Federasiyası Qəhrəmanı olan Ramzan Kadırova bir müddət əvvəl Separatçı Luqanskın ali mükafatı verilib.

Tunar Altunbay