G7 Ukraynaya 39 milyard ayıracaq

 20:27 24.02.2023     319

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri bu il ilk onlayn danışıqlara başlayıblar.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu il G7-yə sədrlik edən Yaponiyanın Baş nazirinin dəvəti ilə onlayn görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edir.

Yaponiya hökumətinin başçısı Fumio Kisida bildirib ki, G7 ölkələrinin liderləri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilərlər.

"G7 ölkələri Ukraynaya dəstək üçün maliyyə yardımı kimi 39 milyard dolların ayrılması təşəbbüsü ilə çıxış ediblər" - Almaniya Kansleri Şolts deyib.

İclasda həmçinin Beynəlxalq Valyuta Fondunun Ukraynaya dəstək proqramını qəbul etməsinin vacibliyini vurğulanıb,

Tunar Altunbay