Ərdoğan Putinlə müzakirələr apardı

 20:49 24.02.2023     376

Türkiyə Ukraynada daha çox itki və dağıntı olmadan sülhün bərqərar olmasının tərəfdarıdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu cümə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı deyib.

"Prezident Ərdoğan Rusiya prezidenti Putinə zəlzələ ilə bağlı həmrəyliyinə görə təşəkkür edib. Prezident Ərdoğan bəyan edib ki, Rusiya-Ukrayna müharibəsində daha çox itki və dağıntılar olmadan ədalətli sülh bərqərar edilməlidir. Prezident Ərdoğan İstanbulda əldə olunan razılaşmanın bərpa olunmasını səmimi arzuladığını bildirib və bu məsələyə hər cür töhfə verməyə hazır olduqlarını bildiriblər”, - Türkiyə liderinin ofisindən jurnalistlərə bildiriblər.

Turan İSMAYIL