Rusiya vətəndaşını ABŞ-da 75 il həbs gözləyir

 20:59 24.02.2023     349

Nyu-Yorkun Şərq dairəsi məhkəməsi “Radiotester” şirkətinin baş direktoru rusiyalı İlya Balakayevi Amerika texnologiyalarının qaçaqmalçılığında ittiham edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin cümə günü dərc olunmuş sənədində deyilir.

Məlumata görə, Balakaev əks-kəşfiyyat məqsədləri üçün istifadə olunan avadanlıqları ixrac edirdi.

Amerika Ədliyyə Nazirliyinin məlumatına görə, bu avadanlığı alanlar Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Şimali Koreya hakimiyyət orqanları olub.

Ümumilikdə, 2017-ci ildən bəri ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, təqsirləndirilən şəxslər sonradan FTX-ya təhvil verilməsi üçün 40-dan çox qurğu ixrac edib.

İttihamlara əsasən, Balakayevi 75 ilədək həbs cəzası gözləyir.

Tunar Altunbay