"Ərdoğan bacarmadı" - Zelenskidən AÇIQLAMA

 21:27 24.02.2023     526

Ukrayna indi Rusiya Federasiyası ilə danışıqlar apara bilmir, çünki danışacaq heç kim yoxdur.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün keçirdiyi mətbuat konfransında deyib.

Bir jurnalistin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada belə bir görüş hazırlasa, Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı sualına Ukrayna prezidenti deyib ki, bu, indi mümkün deyil.

"Mən indicə Ərdoğanla danışdım. Yaxşı söhbət etdik... Dediklərinizlə bağlı mövqeyimi bilir. Mən bunu qəbul etmirəm. Mənim mövqeyimi bilir, hələ müharibədən əvvəl bu barədə danışmışıq. Mən ona dedim - Putini danışıqlar masası arxasına qoyun, genişmiqyaslı müharibə riskinə yol vermək olmaz. Amma bacarmadı və təkcə o deyil. İndi o, bacaracağını düşünür. İndi biz edə bilmərik. Bu, artıq eyni adam deyil (söhbət Putindən gedir – red.). Danışacaq heç kim yoxdur”, - Zelenski vurğulayıb.

Turan İSMAYIL