Rusiyada erməni OMON əməkdaşını güllələdi - VİDEO

 22:10 24.02.2023     435

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində əslən erməni olan Özbəkistan vətəndaşı OMON əməkdaşını güllələyib.

Redaktor.az xəbər verir ki, hadisəni törədən şəxsin terror aktı planlaşdırdığı bildirilir.

50 yaşlı Tiqran Xaçikyan əlində iki silah və iki “Molotov kokteyli” ilə “Sadovaya” metrostansiyasına gəlib. Biraz getdikdən sonra o, səsgücləndirici kolonkanı çıxarıb, yüksək səslə musiqi qoyub və ona yaxınlaşan Rusiya Qvardiyası əməkdaşlarına qaçmalarını deyib.

OMON onu saxlamağa çalışıb, lakin həmin şəxs ov tüfəngini çıxarıb və bir neçə dəfə atəş açıb. 

Xəsarət alan OMON əməkdaşında qarın, bel aşağı nahiyəsi və çanaq hissədən çoxsaylı açıq yaralar aşkarlanıb. O hazırda əməliyyat olunur (oxu.az).