Zelenski Çin lideri ilə görüşmək istəyir
Ukrayna prezidenti Volodimir Zelenski Çin lideri Si Cinpinlə görüşməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.
"Bizim Çinlə böyük mal dövriyyəmiz var. Məsələ təkcə müharibədə deyil", - Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna iqtisadi əlaqələrin qorunub saxlanmasında maraqlıdır.
"Çin ərazi bütövlüyünə hörmət edir, ona görə də Rusiyanı ərazilərimizdən çıxarmaq üçün hər şeyi etməlidir", - Zelenski əlavə edib.