Ukrayna Çinin sülh planından tam razı deyil

 09:18 25.02.2023     382

Ukrayna Çinin sülh planının ən azı bir bəndi ilə razılaşmır.

Redaktor.az “Ukrayinska Pravda” nəşrinə istinadən xəbər verir ki, bubarədə Ukrayna xarici işlər naziri Dmitri Kulebaya bildirib.

 

"Razılaşmadığımız ən azı bir element var - "birtərəfli sanksiyalar"la bağlı. Biz hesab edirik ki, sanksiyalar mühüm alətdir. Amma ümumilikdə bu, maraqlı sənəddir. Biz onu öyrənib, sona çatdırmaq və nəticə çıxarmalıyıq”, - deyə Kuleba bildirib.

Çin Xarici İşlər Nazirliyinin internet saytında Ukrayna böhranının siyasi həlli ilə bağlı Çin Xarici İşlər Nazirliyinin 12 bəndlik bəyanatı dərc olunub.

Əsas məqamlar arasında bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək zərurəti, Moskva ilə Kiyev arasında birbaşa dialoqun bərpası, gərginliyin qarşısını almağa çağırış var.