Ermənistanda keçmiş deputata yenə cinayət işi açıldı

 10:56 25.02.2023     936

Ermənistanda keçmiş deputat Artur Gevorkyana cinayət işi açılıb.

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, o, qanunsuz mənimsəmədə ittiham olunur.

Məlumatda onun ABŞ-da gizli əmlaklarının olduğu vurğulanıb.

Gevorkyanın həmçinin İrəvanda torpaq sahələrinin qanunsuz satışı ilə məşğul olduğu da iddia edilir.

Qeyd edək ki 2020-ci ilin aprelində Ermənistanın Respublika Partiyasından olan keçmiş deputat, keçmiş polis rəisi Vladimir Qasparyanın kürəkəni Artur Gevorgyana qarşı ilk dəfə “rəsmi saxtakarlıq” və “qanunsuz zənginləşdirmə” maddələri ilə ittiham irəli sürülüb, axtarışa verilib və qiyabi həbs edilib. 

Ermənistan Baş Prokurorluğu əvvəllər keçmiş deputatın 2017-2018-ci il tarixli bəyannaməsində ABŞ-da böyük əmlakını gizlətdiyini bildirib.

Xüsusilə Los Angelesdə iki evi (biri 490 min dollar dəyərində) və Glendaledəki bir mənzili (520 min dollar) sənədləşdirməyib. Bundan əlavə, şirkət sahibi olduğunu gizlədib.

Beləliklə, Gevorkyanın həmin dövrdə qanunsuz olaraq zənginləşdirdiyi müəyyən edilib, çünki alışların dəyəri rəsmi gəlirlərinin miqdarından xeyli çoxdur.

Tunar Altunbay