Kamçatkada güclü ZƏLZƏLƏ
Rusiyanın şərqində yerləşən Kamçatka diyarında 6,1 maqnitudalı zəlzələ olub.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 170 kilometr kənarda, Kamçatkanın şimal-qərb sahillərində olub.
Yeraltı təkanın 65 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Həmidə İbrahimova