Litva əhalisi Ukraynaya radar almaq üçün 14 milyon avro topladı
Litva sakinləri və iş adamları Ukraynaya radarların alınması üçün nəzərdə tutulandan üç dəfə çox - 14 milyon avro pul yığıb.
Redaktor.az xəbər verir ki, bu barədə şənbə günü aksiya başa çatdıqdan sonra onun təşəbbüskarlarından biri kimi çıxış edən milli LRT radiosu məlumat verib.
"İlkin məqsəd 5 milyon avro toplamaq olsa da, bağışlanan vəsaitin məbləği 14 milyon avro təşkil edib",- radiostansiya bildirib.
Aksiya yanvarın son günlərində elan edilib.
Bir sistemin qiyməti təxminən 1 milyon avrodur.
Qeyd edək ki, anoloji aksiya 2022-ci ildə Litvada Ukraynaya təhvil verilməsi üçün Türkiyədən döyüş pilotsuz uçan aparatının alınması üçün də təşkil edilib və təxminən 6 milyon avro yığılıb.
Lakin bu cihazların istehsalçısı "Bayraktar" şirkəti onu Litvaya hədiyyə etdi.
Tunar Altunbay