Ukraynaya "F-16" qırıcıları verilməyəcək - Bayden

 14:12 25.02.2023     730

Hazırda Ukraynaya "F-16" qırıcıları lazım deyil və bu səbəbdən yaxın zamanlarda onlar Kiyevə verilməyəcək.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden ABC telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Ukraynaya tanklar, artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri, o cümlədən HIMARS yaylım atəş sistemləri lazımdır.

“Biz yazda, yayda və payızın əvvəlində uğur qazanması üçün Kiyevi lazım olan hər şeylə təmin edirik”, - deyə Co Bayden söyləyib.