Türkiyədə 4,2 bal gücündə daha bir ZƏLZƏLƏ
Türkiyənin Malatya vilayətinin Darende rayonunda zəlzələ olub.
Redaktor.az Türkiyə mətbuatına istinadlə xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 11:58-də baş verən yeraltı təkan 4,2 bal gücündə, 7 km dərinlikdə qeydə alınıb.