Yaponiyada da güclü ZƏLZƏLƏ

 20:20 25.02.2023     550

Yaponiyanın şimalındakı Hokkaydo adasının şərq hissəsində 6,1 bal gücündə zəlzələ baş verib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

Yeraltı təkanlar Nemuro yarımadasında 61 km dərinlikdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Tunar Altunbay