Çinin Rusiyaya yardım etdiyini göstərən əlamət yoxdur - Bayden
Hazırda Çinin Rusiyaya hərbi yardım etdiyini göstərən heç bir əlamət yoxdur.
Redaktor.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden ABC-yə müsahibəsində deyib.
Bayden bildirib ki, o, Pekindən gələcəkdə belə addımlar gözləmir: "Mən gözləmirəm, Çindən Rusiyaya silah vermək üçün böyük təşəbbüslər gözləmirəm".
ABŞ Prezidenti ötən ilin yayında Çin lideri Si Cinpinlə görüşdə bu mövzudan və mümkün iqtisadi nəticələrdən danışdığını, ABŞ-ın bu işə biganə qalmayacağını bildirib.