Polşa Rusiyadan neft tədarükünü dayandırdı

 23:10 25.02.2023     308

Polşa Rusiya neftinin “Drujba” magistral boru kəməri ilə tədarükünü dayandırıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Neft və “PKN Orlen”in baş direktoru Daniel Obaytek tviterdə bildirib.

Obaytekin sözlərinə görə, neftin yalnız 10%-i Rusiyadan tədarük olunurdu və bundan sonra digər mənbələrlə əvəz olunacaq.

O qeyd edib ki, bu, son illərdə Polşa tərəfindən aparılan tədarükün şaxələndirilməsi sayəsində mümkün olub.