Rusiyanın Ukraynada işğal etdiyi yaşayış məntəqəsinin sayı AÇIQLANDI

 23:23 25.02.2023     371

Fevralın 25-nə olan məlumata görə, Rusiya qoşunları Ukraynanın 1877 yaşayış məntəqəsini ələ keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, ruslar hər dəqiqə Ukraynada işğal olunmuş şəhər və kəndlərin sayını artırmağa çalışırlar.

"Biz Ukrayna torpağında sizin hamınızın təsəvvür edə bilməyəcəyi bir şey uğrunda döyüşürük, dostlar. Bu elementar təhlükəsizlikdir", - deyə Zelenski bildirib.