On minlərlə alman Ukrayna əleyhinə meydanlara axışdı
Almaniyada hökumətin Ukraynaya silah göndərməsinə qarşı etiraz akasiyası keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Aksiyada 10 minə yaxın insan iştirak edib. Etiraz aksiyası Almaniyanın solçu "Die Linke" partiyasının üzvü Sahra Vaqenknext tərəfindən təşkil edilib.
İştirakçılar kansler Olaf Şoltsu Ukraynaya silah tədarükünü dayandırmağa çağırıb. Onlar silah yardımının ölkəni 3-cü dünya müharibəsinə yaxınlaşdırdığını bildiriblər.