İran generalı Trampı ölümlə HƏDƏLƏDİ
İran ABŞ-ın sabiq prezidenti Donald Trampı öldürmək istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin rəhbəri Əmirəli Hacızadə dövlət televiziyasına açıqlqmasında bildirib.
O, SEPAH-ın Qüds Qüvvələrinin sabiq komandiri Qasım Süleymaninin öldürülməsinə görə Trampın öldürülməli olduğunu vurğulayıb.
"İnşallah, biz Trampı öldürməyə çalışırıq. Pompeo (keçmiş dövlət katibi Mayk Pompeo - red.) və əmr verən hərbi komandirlər öldürülməlidir", - Hacızadə deyib.
Hacızadənin məlumatına görə, İran 1650 km mənzilli qanadlı raket hazırlayıb. "Paveh” adlandırılan qanadlı raket ilk dəfə dövlət televiziyasında nümayiş etdirilib.