İrana qarşı sanksiyalar genişləndirildi
Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları genişləndirib.
Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında məlumat yayılıb.
Bildirilir ki, Rusiyanın Ukraynadakı müharibəsində hərbi dəstəyinə görə İranın bir neçə qurumu "qara siyahı"ya salınıb.
Təşkilat SEPAH-ın Hərbi Hava Qüvvələrinə, Cihad Təşkilatına, “Ouc Avia” şirkətinə, “Paravar Pars” şirkətinə, Qüds Aviasiya Sənayesinə və Şahed Aviasiya Sənayesinə sanksiya tətbiq edib.