Ukraynada vurulan İran dronlarının sayı açıqlandı

 10:25 26.02.2023     551

“2022-ci ilin sentyabrından bəri Ukrayna ərazisində İranın 610 kamikadze dronu məhv edilib”.

Redaktor.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk deyib.

O bildirib ki, bu müddət ərzində, həmçinin 650-dən çox qanadlı raket vurulub.

N. Oleşçukun sözlərinə görə, “Patriot” və SAMP/T-MAMBA hava hücumundan müdafiə sistemləri tezliklə Ukraynaya təhvil veriləcək.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-ə başlayıb.