Kral Çarlz çoxəsrlik ənənəni pozacaq 

 19:32 26.02.2023     345

Böyük Britaniya kralı III Çarlz mayın 6-na planlaşdırılan tacqoyma mərasiminə xarici monarxları dəvət edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

O, bununla da Britaniya monarxının tacqoyma mərasiminə başqa ölkələrin krallarının dəvət edilməməsi ilə bağlı çoxəsrlik ənənəni pozub .

Mənbənin məlumatına görə, tacqoyma mərasiminə xüsusilə İordaniya kralı II Abdullah, Bruney sultanı Hassanal Bolkiah, Oman sultanı Haysham bin Tariq Al Said, eləcə də Skandinaviya kral ailəsinin üzvləri dəvət edilib.

Tacqoyma mərasimində ümumilikdə 2000 nəfərin iştirakı gözlənilir.