Türkiyədə zəlzələdə ölənlərin sayı 44 mini  KEÇDİ

 19:44 26.02.2023     401

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 374 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Daha sonra Hatayda 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.