Bolqarıstan Ukrayna üçün mərmi istehsal edəcək 

 20:17 26.02.2023     355

Bolqarıstan Ukrayna Silahlı Qüvvələri üçün Sovet mərmilərinin istehsalını bərpa edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Bildirilir ki, 35 illik fasilədən sonra Bolqarıstanın Kostenets şəhərində mərmi istehsalı zavodu işə başlayacaq.

Zavod sırf Ukrayna Silahlı Qüvvələri üçün 122 mm-lik mərmi istehsal edəcək.