İtaliyada gəminin batması nəticəsində 58 miqrant öldü

 20:50 26.02.2023     479

İtaliyanın cənub sahillərində gəminin batması nəticəsində ölən miqrantların sayı 58-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə İtaliya Sahil Mühafizəsi məlumat yayıb.

Qeyd olunub ki, 80 miqrant xilas edilib, gəmidə azı 150 nəfər olub.