Misir naziri son on ildə ilk dəfə Türkiyəyə gələcək

 22:59 26.02.2023     374

Misirin xarici işlər naziri Sameh Şükri fevralın 27-də Suriya və Türkiyəyə rəsmi səfərə gedəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Afrika ölkəsinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd Əbu Zeyd feysbukda bildirib.

XİN-in rəsmisi Şükrinin Misir xalqının “iki ölkə və qardaş xalqları ilə həmrəy olduğunu” bildirmək istədiyini qeyd edib:

“Xarici işlər nazirinin Suriya və Türkiyədə keçirəcəyi görüşlərdə Misirin iki ölkənin təbii fəlakətdən zərər çəkmiş bölgələrində zərərçəkənlərə yardım və dəstək olmağa hazır olduğunu təsdiq edəcəyi gözlənilir”, - paylaşımda bildirilib.

Qeyd edək ki, Misir XİN başçısının bu ölkələrə səfəri son on ildə ilk olacaq.