Sülhməramlıları daşıyan helikopter qəzaya uğradı - 3 nəfər öldü

 23:12 26.02.2023     376

Afrika İttifaqının Somalidəki sülhməramlı missiyasını daşıyan helikopter qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Helikopterin Şabelle bölgəsində qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Somali ordusunun hərbçiləri də daxil olmaqla 11 sərnişini daşıyan helikopter yaralıların təxliyəsi üçün təlimlərdə iştirak edən zaman qəzaya düşüb.