Zelenskidən Rusiyaya qarşı yeni SANKSİYA

 23:29 26.02.2023     671

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski axşam videomüraciəti zamanı bildirib.

Yeni sanksiyalar xüsusilə idman sahəsinin nümayəndələrini əhatə edib.

Zelenskinin sözlərinə görə, bu gün o, Rusiya nümayəndələrinə qarşı yeni sanksiyalarla bağlı üç fərman imzalayıb.