Yaponiya G7 ölkələrini Rusiyanın nüvə təhlükəsinə qarşı birləşməyə çağırdı

 10:13 27.02.2023     351

"Xirosimada keçiriləcək Yeddilik Qrupunun (G7) sammitinin iştirakçıları Rusiyanın nüvə silahından istifadə etməsi təhdidlərinə və ehtimallarına qarşı çıxış etməlidirlər".

Redaktor.az xəbər verir ki, bu barədə parlamentdə keçirilən debatlar zamanı Yaponiyanın baş naziri Fumio Kişida bildirib.

“G7-nin Xirosimada keçirilən sammitində biz status-kvonu birtərəfli qaydada güc yolu ilə dəyişdirmək cəhdlərinə, habelə Rusiyanın nüvə silahından istifadə təhlükəsi və ehtimalına qarşı qətiyyətlə çıxış etməliyik. mid edirəm ki, biz beynəlxalq ictimaiyyətə G7-nin qanunun aliliyinə əsaslanan dünya nizamını müdafiə etməyə hazır olduğunu nümayiş etdirəcəyik”.”,- hökumət başçısı vurğulayıb.

Xatırladaq ki, Tokio bu il G7-yə sədrlik edir və may ayında Xirosima sammitinə ev sahibliyi edəcək. Bu şəhər 6 avqust 1945-ci ildə Amerikanın atom bombasına məruz qalıb,

Xirosima ABŞ-ın 9 avqust 1945-ci ildə atom bombası atdığı digər Yaponiya şəhər iNaqasaki ilə birlikdə dünyada nüvə silahının döyüşdə istifadə edildiyi yeganə şəhərlərdir.

Tunar Altunbay