Çin Rusiyaya yüzlərlə dron göndərəcək

 12:51 27.02.2023     299

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkal Çinin Rusiyaya yüzlərlə pilotsuz uçan aparat tədarük etmək imkanını nəzərdən keçirdiyi barədə açıqlama verib.

Redaktor.az xəbər verir ki, ABC telekanalına müsahibəsində Makkall, ABŞ-ın Rusiya və Çinin Rusiyaya yüzlərlə hərbi pilotsuz təyyarə göndərilməsini müzakirə etdiyinə dair kəşfiyyat məlumatlarına sahib olduğunu deyib.

Onun sözlərinə görə, Çin, ehtimal ki, Rusiyanı başqa silahlarla təmin edə bilər.

Konqresmen hansı silahlardan danışdığını açıqlmaqdan imtina edib.

Eyni zamanda, Makkalın sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Tsinpin gələn həftə keçiriləcək görüş zamanı bu məsələni müzakirə edəcəklər.

Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin cümə günü bildirib ki, Çin Xarici İşlər Nazirliyi Rusiya ordusu üçün Çin pilotsuz təyyarələrinin tədarükü ilə bağlı çoxlu yalan xəbərlərə diqqət çəkib.

Arzu İsmayıl