Ramzan Kadırovun keçmiş müşaviri Moskvada müəmmalı şəraitdə ölüb

 13:54 27.02.2023     205

Ramzan Kadırovun keçmiş müşaviri Pyotr Çuvilin Rusiya paytaxtında müəmmalı şəraitdə ölüb.

Redaktor.az xəbər verir ki, o, vaxtilə ən böyük kölgə bankiri, QK 1520-nin ortaq sahibləri tərəfindən Dmitri Zaxarçenkoya rüşvət verilməsi işində əsas şahidlərdən biri, həmçinin Landromat vasitəsilə pulların yuyulmasının təhqiqatının (izi moldovalı oliqarx Vladimir Plaxotnyuka kimi uzanırdı) şahidi olub.

Bundan başqa Çuvilin Çeçenistan rəhbərlərinin, Plaxotnyukun, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin generallarının, Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin kölgə kapitallarını harada gizlətmələri və s. haqqında hər şeyi bilib.

O da vurğulanıb ki, keçmiş müşavir müstəntiqlərə nəsə deməyə müvəffəq olsa da, bir çox sirri özü ilə aparıb.