Zəlzələnin 20-ci günündə xilas edildi - FOTO

 14:19 27.02.2023     432

Türkiyədə zəlzələ ilə bağlı xilasetmə işləri davam edərkən, hadisənin 20-ci günündə Adıyamanda dağıntılar arasından bir at sağ tapılıb.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, at Ərzurum İl Kənd Təsərrüfatı və Meşə Müdirliyi qrupları tərəfindən xilas edilib.

Daha sonra ata tibbi yardım göstərilib və sahibinə təhvil verilib.