Almaniya Putini START-a qayıtmağa çağırdı

 17:57 27.02.2023     320

Rusiya Prezidenti Vladimir Putin Strateji Hücum Silahları Müqaviləsinə (START) qayıtmalıdır.

Redaktor.az Der Spiegel-ə istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

"Gəlin Putini START-a qayıtmağa və ABŞ-la müqavilə üzrə dialoqu bərpa etməyə çağıraq. Mən qəti şəkildə inanıram ki, bu, bütün dünyada bizim hamımızın maraqlarına cavab verir", - o deyib.

Nazir qeyd edib ki, son bir ildə Rusiya silahlı qüvvədən istifadə etməklə BMT Nizamnaməsinin və beynəlxalq hüququn ən fundamental prinsiplərini pozur.

"Rusiya hamımızın asılı olduğu silahlara nəzarət arxitekturasını pozur. START-dan danonsasiya Rusiyanın bizim silahlara nəzarət arxitekturasına və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə vurduğu son zərbə idi", - o vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyasının Federal Məclisi Strateji Hücum Silahları haqqında Müqavilədə iştirakın dayandırılması haqqında qanun qəbul edib. Putin deyib ki, Rusiya Fransa və İngiltərə kimi NATO ölkələrinin nə iddia etdiyini, işğalçı ölkənin strateji arsenallarını necə nəzərə alacağını başa düşməlidir.

Fransa və Britaniya Rusiyanın START-dan çıxmasından narahat olduqlarını bildiriblər.

Eyni zamanda, Pentaqon Putinin nüvə sazişində iştirakının dayandırılması ilə bağlı bəyanatlarından sonra Rusiyanın strateji nüvə qüvvələrinin mövqeyində dəyişiklik hiss etməyib.

Turan İSMAYIL