Ukraynanın ən müasir qırıcısı ölkənin müstəqilliyi ilə eyni yaşdadır

 19:40 27.02.2023     574

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bütün döyüş aviasiyası Sovet İttifaqından qalıb, müstəqillik dövründə ordu üçün bir dənə də olsun təyyarə alınmayıb.

Redaktor.az TASS-a istindla xəbər verir ki, bu barədə bazar ertəsi Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının rəsmi nümayəndəsi Yuri İqnat məlumat verib.

“Təəssüf ki, 1991-ci ildən indiyədək heç bir təyyarə almamışıq, düzünü desəm, "Antonov"dan belə. Əslində, biz hava qüvvələrinin ən gənc təyyarəsinə sahibik. Bu Su-27 qırıcısı, Ukraynanın müstəqilliyi ilə eyni yaşdadır. Mən bu problemi əcnəbi jurnalistlərə izah edirəm ki, bizə nə üçün ABŞ qırıcıları F-16 və ya başqa təyyarə lazımdır? Onlara deyirəm: çünki bizim təyyarələrimiz pilotlardan iki dəfə köhnədir və s."

Qeyd edək ki, fevralın 25-də ABŞ prezidenti Co Bayden bildirib ki, Ukraynanın hazırda F-16 qırıcılarına ehtiyacı yoxdur, ona görə də onların Kiyevə verilməsini hələlik istisna edir. Daha sonra Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Ukraynanın F-16 qırıcıları ilə təchiz edilməsi imkanlarına daha sonra baxılacaq. Kiyev son həftələr Qərb ölkələrindən döyüş təyyarələri almağa çalışır, lakin nə ABŞ, nə də onun müttəfiqləri hələlik bununla bağlı konkret vədlər verməyiblər.

Turan İSMAYIL