Kiyevdə İran PUA-sı vuruldu

 20:36 27.02.2023     351

Ukraynanın Kiyev vilayətinin rayonlarından birində rus işğalçılarının gecə hücumu nəticəsində hava hücumundan müdafiə vasitələri ilə vurulan “Şahed”in parçaları tapılıb.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebitov məlumat yayıb.

"Xəsarət alan yoxdur və infrastruktura heç bir ziyan dəyməyib. Hadisə yerində polis və Kiyev vilayətinin partlayıcı ekspertləri işləyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib və düşmənin hücumunun nəticələrini qeydə alıblar", - Nebitov bildirib.

Polis rəisi vətəndaşları həyəcan siqnalları zamanı sığınacaqlara getməyə çağırıb.

Qeyd edək ki, "Şahed" pilotsuz uçuş aparatları Rusiyaya İran tərəfindən verilib.

Turan İSMAYIL