Baydenin ardınca maliyyə naziri də Kiyevə gəldi
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevə gələn ABŞ-ın maliyyə naziri Canet Yellen ilə görüşüb və onun Kiyevə Amerikanın maliyyə dəstəyi və anti-Rusiya sanksiyalarını müzakirə edib.
Redaktor.az bu barədə Zelenskinin Telegram kanalına istinadla xəbər verir.
ABŞ-ın maliyyə naziri ilə görüşü mühüm adlandıran dövlət başçısı əlavə edib ki, Ukrayna hakimiyyəti ABŞ-dan, o cümlədən maliyyə cəbhəsində güclü dəstəyi yüksək qiymətləndirir.
Zelenski ABŞ-ın Rusiyaya qarşı “sanksiya təzyiqini artırmaq üçün sistemli addımlar” atdığı üçün Yellenə təşəkkür edib və sanksiyaların artırılmasına ümid etdiyini bildirib.
Xatırladaq ki, fevralın 20-də ABŞ Prezidenti Co Bayden də Kiyevə səfər edərək ukraynalı həmkarı ilə görüş keçirib.
Turan İSMAYIL